Tunis prezidenti Beji Kaid əs-Sebsi vəfat edib.
Eurasia Diary-nin xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
Ötən gün səhhəti pisləşdiyi üçün 92 yaşlı Tunis prezidenti xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, ötən ay Tunis prezidentinin səhhəti qəfildən pisləşib və o, hospitala yerləşdirilib. Sonradan bəzi yerli KİV orqanları onun ölüm xəbərini yayıblar. Ancaq bu xəbərlər tez bir zamanda rəsmi olaraq öz təsdiqini tapmayıb.