Korrupsiyada ittiham olunaraq tutulan və bunun ardından həbs edilən Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin həbsxanadan ilk fotosu yayılıb.
Eurasia Diary-nin məlumatına görə, Almazbek Atambayev Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında saxlanılır.
Sabiq prezident istintaq sənədlərini imzalamaqdan imtina edib. Bu barədə Almazbek Atambayevin vəkili Sergey Slesaryev açıqlama verib. Hüquq-müdafiəçisi bildirib ki, sabiq dövlət başçısı ilkin dindirilmə protokolunu və barəsində həbs qətimkan tədbirinin seçilməsi barəsində müraciəti imzalamaqdan imtina edib.
Vəkil əlavə edib ki, A.Atambayev ona qarşı cinayət işinin qaldırılmasını qanunsuz hesab edir. Sergey Slesaryevə görə, şübhəli şəxsin belə bir hüququ var.