“1994-cü ildə bu posta gələndə…” - İmamoğludan şok Ərdoğan açıqlaması | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


“1994-cü ildə bu posta gələndə…” - İmamoğludan şok Ərdoğan açıqlaması

Dünya A- A A+

“Cənab prezident 1994-cü ildə İstanbul şəhər bələdiyyə sədri seçilməsi nə qədər simvolikdirsə, mənim də bu posta seçilməyim o qədər simvolikdir”.

Eurasia Diary xəbər verir ki, bunu İstanbul şəhər bələdiyyə sədri Əkrəm İmamoğlu deyib.

İmamoğlu bu posta seçilməsinin Prezident Rəcəb Tayyib Ərdoğanın böyük siyasətə gəlişinə oxşadığını bildirib:

“İstanbulun bələdiyyə sədri olmaq, milli platformada özünə yer etmək deməkdir. Çünki İstanbulun 16 milyon əhalisi var. Bunun Türkiyəyə təsir dairəsinə baxsaq, bütün Türkiyənin sizin arxanızca gəldiyini görə bilərsiniz”. (teleqraf.com)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...