Türkiyənin Mərmərə dənizindəki eyniadlı adasında güclü yanğınlarla əlaqədar əhalinin bir hissəsi təxliyə olunub.
Eurasia Diary-nin məlumatına görə, yanğın nəticəsində 3 ev yanıb.
Ümumilikdə 80 evin sakinləri təxliyə olunub. Hazırda yanğınların qarşısının alınması üçün bölgəyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.(Trend)