Rusiyalı diplomatı Ukraynadan qovdular | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Rusiyalı diplomatı Ukraynadan qovdular

Dünya A- A A+

Ukraynada rusiyalı diplomat arzuolunmaz şəxs elan edilib.

Eurasia Diary “RİA Novosti”-yə istinadan xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilir ki, Rusiyanın Lvovdakı Baş konsulluğunun əməkdaşı 2014-cü ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən işə cəlb olunmuş yerli sakindən müəyyən məlumat əldə edib.

Diplomat artıq ölkəni tərk edib, ukraynalı isə dövlətə xəyanət işi üzrə şübhəli bilinir. Onu 15 ilədək həbs cəzası gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...