İstanbulda hotel yanır - Turistlər xəsarət aldı | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


İstanbulda hotel yanır - Turistlər xəsarət aldı

Dünya A- A A+
İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb.
 
Eurasia Diary xəbər verir ki, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
 
Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
 
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.(Trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...