Notr-Dam kilsəsi yenidən dağıla bilər | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Notr-Dam kilsəsi yenidən dağıla bilər

Dünya A- A A+

Fransanın Mədəniyyət Nazirliyi Paris Notr-Dam kilsəsinin yenidən dağılmaq təhlükəsi olduğunu bildirib.

Eurasia Diary-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərdəki anomal istilər nəticəsində kilsə qübbələrindəki konstruksiyaların düşməsi halları qeydə alınıb. 

Nazirlikdən o da bildirilib ki, yanğından sonra Paris Notr-Dam kilsəsində restavrasiya işlərinə başlanılmayıb, hələ ki, dağılmaların qarşısı alınır. 

Qeyd edək ki, aprelin 15-də yanğın zamanı Paris Notr-Dam kilsəsinin damının üçdə iki hissəsi uçub, o cümlədən qotik üslubunda tikilmiş qüllə tamamilə dağılıb. İlkin məlumatlara görə,  yanğına səbəb bərpa işləri zamanı ehtiyatsızlıqdan baş verib.  

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...