Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İsrailin “Elbit Systems” şirkətindən “Skylark” mini pilotsuz uçuş aparatları (PUA) alıb.
Eurasia Diary “AzeriDefence”-ə istinadan xəbər verir ki, “Skylark” PUA-nın nümunələri ilk dəfə avqustun 14-də Dövlət Bayraq Meydanında DSX-nin təşkil etdiyi məraimdə ictimaiyyətə sərgiləyib.
Buna qədər DSX silahlanmasındakı “Elbit Systems” şirkətinin istehsalı olan “Hermes-450” və “Hermes-900” PUA-larını və “SkyStriker” kamikadze PUA-nı, həmçinin İAİ şirkətinin istehsalı olan “Harop” kamikadze PUA-larını nümayiş etdirib.
Qeyd edək ki, “Skylark” mini PUA-nın uçuş məsafəsi 60 kilometrədəkdir.