Suriya prezidenti Bəşər Əsədin müxalif əmisi oğlu Firas Əsəd soyadları ilə bağlı maraqlı açıqlama verib.
Eurasia Diary xəbər verir ki, Firas Əsəd babası Əli Əsədin soyadlarını “canavar” mənası verən Vahştdan “şir” mənasını ifadə edən “Əsəd”ə dəyişdiyini deyib.
Firas bu barədə məlumatı sosial şəbəkədə paylaşıb. O, “hamı sürətlə paylaşsın və qeyd eləsin. Şikayətlər səbəbindən postum silinə bilər” deyə xəbərdarlıq da edib.(qafqazinfo)