ABŞ hakimiyyəti ANTİFA antifaşist hərəkatını terror təşkilatı kimi tanıya bilər.
Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ANTİFA hərəkatının terror təşkilatı kimi tanınması məsələsinə olduqca ciddi şəkildə baxılır. Portlanddakı durum yaxından izlənilir”, – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, sözügedən hərəkat üzvlərinin Portlandda neonasist qrupların çıxışlarının qarşısını almaq üçün plan hazırladıqları məlum olub.