Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

Dünya A- A A+

İvanov rüşvət almaqda şübhəli bilinərək iyulun əvvəlində həbs edilib...

Baş naziri Dmitri Medvedev 4.4 milyon rubl rüşvət almaqda ittiham olunan Pensiya Fondu (PFR) rəhbərinin müavini Aleksey İvanovu vəzifəsindən azad edib.

Eurasia Diary İnterAz-a istinadla xəbər verir ki, sərəncam rəsmi məlumatların rəsmi internet portalında yayımlanıb.

"İvanov Aleksey Mixayloviçin etimadın itirilməsi ilə əlaqədar Rusiya Federasiyası Pensiya Fondu idarə heyəti sədr müavini vəzifəsindən azad edilir", sənəddə deyilir.

İvanov rüşvət almaqda şübhəli bilinərək iyulun əvvəlində həbs edilib. Moskvanın Basmannı məhkəməsi onu iki ay müddətinə azadlıqdan məhrum edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...