Akayev: Yarım ton qızıl oğurlamamışam | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Akayev: Yarım ton qızıl oğurlamamışam

Dünya A- A A+

Mənim Qırğızıstana qayıtmağımla bağlı heç bir rəsmi qadağa yoxdur.

Eurasia Diary "Vesti.kg" xəbər verir ki, bunu Qırğızıstanın keçmiş Prezidenti Əsgər Akayev deyib.

"Lakin artıq 13 ildir mənə qarşı informasiya müharibəsi aparılır. Mətbuatda deyirlər ki, mən yarım ton qızıl oğurlamışam. Bu, doğru deyil", - Ə.Akayev bildirib.

Onun sözlərinə görə, vaxtilə doğmalarının dəfn mərasiminə gedə bilməyib, çünki onu aeroportda tutmaqla hədələyiblər:

"Almazbek Atambayevin dövründə iki qohumumun dəfn mərasiminə gedə bilmədim. Məni birbaşa aeroportda tutmaqla hədələyirdilər. Mənə qarşı cinayət işləri hələ 12 il əvvəl dayandırılıb. Özünü qalib hesab edənlərin hamısı hakimiyyətdən gedib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...