“Səsimizi eşidən yoxdur, ürəyimiz partlayır...” - Kəşmirdən yüksələn haray | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


“Səsimizi eşidən yoxdur, ürəyimiz partlayır...” - Kəşmirdən yüksələn haray

Dünya A- A A+

“Reuters” agentliyi Kəşmirin əsas şəhəri olan Şrinaharın Soura rayonunda bir həftədən çoxdur gənclərin gecə-gündüz keşik çəkdiyini yazır. Onlar Hindistanın təhlükəsizlik qüvvələrinin əraziyə girməsini önləməyə çalışırlar.

“Səsimizi eşidən yoxdur. İçimiz partlayır. Dünya bizə qulaq asmayacaqsa nə etməliyik? Silaha əl ataq?” – 25 yaşlı Ejaz agentliyə deyib. O, həbs qorxusundan ancaq adını çəkməyə razılaşıb.

15 min nəfərin yaşadığı Soura Hindistan hökumətinə müqavimətin episentri sayılır. Hindistan regionun xüsusi statusunu ləğv edib. Agentlik yazır ki, bu anklav indi Baş nazir Narendra Modinin millətçi hökumətinin Kəşmirdə iradəsini bərqərar etmək bacarığının barometrinə çevrilib.

Hökumət Kəşmiri Hindistana tam inteqrasiya etmək, korrupsiya və nepotizmlə mübarizə aparmaq olduğunu deyir. Ancaq Sourada Modini dəstəkləyən kimisə tapmaq çətindir. “Reuters”in son bir həftədə orada danışdırdığı 20-dən çox adam baş naziri “zalım” adlandırıb.

Soura sakinləri son bir həftədə polislə toqquşmalarda onlarla adamın xəsarət aldığını deyir. Saxlananların sayı bəlli deyil. “Sanki burada təmas xəttini qoruyuruq”, – Ejaz deyib.

Kəşmir Hindistanla Pakistan arasında bölünüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...