Ermənilər Azərbaycanın işğal altındakı torplaqlarında qondarma seçkilər keçirəcək.
Eurasia Diary Modern.az-a istinadən xəbər verir ki, sentyabrın 8-də baş tutacaq “seçkilər” yerli idarəetmə orqanlarına rəhbər seçəcək.
Qondarma seçkilər nəticəsində Şuşa, Xankəndi, Xocavənd, Ağdərə, Hadrut, Laçın, Mincivan, Zəngilan, Kəlbəcər və Əsgərana yeni erməni “mer”lər seçiləcək.