Füzuli şəhəri yox olub - Kosmosdan foto | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Füzuli şəhəri yox olub - Kosmosdan foto

Dünya A- A A+

“Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin “Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.

Eurasia Diary “Yeni Sabah”a istinadən xəbər verir ki, bu gün Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il ötür. “Füzuli rayonunun ərazisində bir milyon il əvvələ aid qədim insanların yaşadığı mağaraların qalıqları yerləşir. Cənubi Qafqaz regionunda qazıntılar zamanı ən qədim metal tapıntılar məhz Füzuli rayonunda aşkar olunub”, - deyə “Azərkosmos”un məlumatında qeyd olunur.

Qeyd edək ki, cari ilin iyun-iyul aylarında Yer səthinin məsafədən müşahidəsi peyki “Azersky” təsvirləri vasitəsilə Azərbaycanın Füzuli rayonunun təxminən 15 min hektar sahəsində Ermənistan tərəfindən yanğınların törədildiyi qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...