Poroşenko dövlət idarəçiliyi yox, sanki biznes imperiyası yaratmışdı - Ukraynanın ilk prezidenti | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Poroşenko dövlət idarəçiliyi yox, sanki biznes imperiyası yaratmışdı - Ukraynanın ilk prezidenti

Dünya A- A A+

Ukraynanın ilk prezidenti Leonid Kravçuk bu ölkənin növbəti liderlərindən biri Pyotro Poroşenkonu tənqid edib.

Eurasia Diary xəbər verir ki, yerli “112 Ukrayna” telekanalına müsahibə verən eks-prezident P.Poroşenko haqqında danışarkən onun ilk səhvinin zəngin və karyeralı biri olmaq istəməsi olduğunu deyib.

“O, dövlət idarəçiliyi yox, sanki biznes imperiya yaratmışdı, hansı ki, dostları tərəfindən idarə olunurdu. Poroşenko digər insanların məsləhətlərinə qulaq asmaq istəmirdi. Daha doğrusu özünü qulaq asmış kimi göstərir, amma heç birini yerinə yetirmirdi”, - deyə Kravçuk bildirib.

Qeyd edək ki, iyulda Kravçuk bildirmişdi ki, Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski də kadr siyasətində Poroşenkonun səhvlərini təkrarlaya bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...