Ermənistanın Baş naziri Nikol Paşinyan "oğru dünyası" ilə mübarizəni gücləndirmək üçün ölkənin Cinayət Məcəlləsinə dəyişiklikləri elan edib.
Eurasia Diary xəbər verir ki, baş nazir feysbuk səhifəsində artıq hökümət tərəfindən qanuna dəyişikliklə bağlı qərar qəbul edildiyini bəyan edib.
Onun sözlərinə görə, qanunun məqsədi mütəşəkkil cinayətkar qruplaşmalar yaradanların və onlara başçılıq edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etməkdir. Ədliyyə naziri Rüstəm Badasyan isə hökumətin iclası zamanı qanunda xüsusilə Cinayət Məcəlləsinin 222 və ya 223-cü maddələrində ("Banditizm" və "Cinayətkar qrup yaratmaq və ya cinayətkar qrupda iştirak etmək") cinayətkar qrupun yaradanların və ya onlara rəhbərlik edənin məsuliyyətə cəlb edilməsini təklif edib.
"Kriminal subkulturaya mənsub olanlar həbsxananı öz evi hesab edirlər, buna görə də onları evlərinə göndərmək lazımdır", - N.Paşinyan deyib.
Ədliyyə naziri isə mütəşəkkil cinayətkar qruplaşma yaradanların və ya onlara başçılıq edənlər kateqoryasına nəinki “qanuni oğruların”, həmçinin bu titulu daşımayan kriminal avtoritetlərin düşəcəklərini deyib.(virtualaz.org)
Xatırladaq ki, "vor zakon" titulu daşıyanların cinayət məsuliyyətinə cəlb olunmasına dair qanun ilk dəfə Gürcüstanda, Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra tətbiq olunub. Bir neçə ay əvvəl isə Rusiyada prezident Vladimir Putinin təşəbbüsü ilə analoji qanun qəbul edildi.