“İran danışıqlara meyllənir” - ABŞ müdafiə naziri | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


“İran danışıqlara meyllənir” - ABŞ müdafiə naziri

Dünya A- A A+

ABŞ müdafiə naziri Mark Esper işarə edib ki, Tehranın nüvənin zənginləşdirilməsilə bağlı son bəyanatlarına baxmayaraq İran yeni danışıqlar imkanına yaxın ola bilər.

Eurasia Diary xəbər verir ki, bu bəyanatdan əvvəl Tehran Avropa İttifaqına 2015-ci il nüvə sazişinə uyğun olaraq özünün öhdəliklərindən geri çəkildiyini təsdiqləmişdi.

Lakin Londondakı Royal United Services Institute araşdırma mərkəzində çıxış edən Esper deyib ki, tezliklə İranın nüvə və raket proqramları ilə bağlı danışıqların keçirilməsinə imkan yarana bilər.

Nazir bildirib ki, bəzi əlamətlər Tehranın danışıqlara doğru meylləndiyini göstərir. (azadliq.org)

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...