Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 53 nəfər saxlanılıb.
Eurasia Diary "Azərtac"a istinadən xəbər verir ki, əməliyyatlar mərkəzi Konya olmaqla ölkənin 28 şəhərində aparılıb. Saxlanılanların terror təşkilatında "məhrəm mollalıq" adı altında fəaliyyət göstərdikləri bildirilir.
Təşkilatın digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.