Müğənni Bərkay Şahin ilə yaşadığı mübahisə nəticəsində Türkiyənin məşhur futbolçusu Arda Turana qarşı açılan cinayət işi ilə bağlı məhkəmə öz qərarını verib.
Eurasia Diary xəbər verir ki, futbolçu 2 il 8 ay həbs cəzasına məruz qalıb.
Arda Turan qorxu, panika yaratmaq, odlu silahdan atəş açmaq kimi cinayət əməlləri ilə ittiham olunurdu.
Xatırladaq ki, İspaniyanın "Barselona" klubuna məxsus Arda Turan kirayə müqaviləsi ilə Türkiyənin "Başakşəhər" klubunda çıxış edir.