Ermənistanda rus əsgəri öldü | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


Ermənistanda rus əsgəri öldü

Dünya A- A A+
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasında əsgər ölümü hadisəsi baş verib.

“TASS”ın məlumatına görə, hərbi qulluqçunun 23 yaşı olub. Onun üzərində zorakılıq əlamətləri aşkarlanıb.

“Ölən 23 yaşlı hərbi qulluqçu Rusiyanın 102-ci hərbi bazasının əsgəridir. Onun bədənində kəsilmiş-deşilmiş izləri aşkarlanıb”, - deyə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.

Faktla bağlı cinayət işi açılıb.

***

102-ci bazada ölən əsgərin şəxsiyyəti və ölüm səbəbi aydınlaşıb. 23 yaşlı Aleksandr Babuşkin ölümündən 2 gün əvvəl motosiklet qəzasına düşüb. Ağır travmalar alan hərbçi həkimə müraciət etməyib. Dalağı parçalanan əsgər daxili qanaxmadan dünyasını dəyişib.(qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...