Rusiyan XİN rəhbəri Sergey Lavrov Suriyada müharibənin başa çatdığını elan edib.
Eurasia Diary xəbər verir ki, nazir "Trud" qəzetinə müsahibəsində Suriyadakı müharibənin "həqiqətən sona çatdığını" deyib. S.Lavrov "Ölkə zamanla dinc həyata qayıdır. Gərginlik zonaları İdlib və Fərat çayının şərqində, hökumətin nəzarət etmədiyi ərazilərdə mövcuddur", - deyə bildirib. Rusiyalı XİN başçısı Suriyaya humanitar yardımın vacibliyindən və uzunmüddətli sabitlik üçün siyasi prosesin irəliləməsi vəzifəsindən də söz açıb.
Qeyd edək ki, Suriyada 2011-ci ildən bəri silahlı qarşıdurmalar davam edir.