"Netanyahu yenidən baş nazir seçilsə..." - Ehud Barak | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


"Netanyahu yenidən baş nazir seçilsə..." - Ehud Barak

Dünya A- A A+

Binyamin Netanyahu yenidən İsrailin Baş naziri seçilərsə, ölkədə demokratiya təhlükədə olacaq.

Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, bunu Təl-Əvivdə keçirilən mitinqdə İsrailin keçmiş Baş naziri Ehud Barak deyib.

O bildirib ki, Netanyahu seçkilərdə qalib gəlməsə, saxtakarlığa yol verildiyini iddia edəcək.

İsrailliləri seçkilərdə səs verməyə çağıran Barak deyib: "Bu seçkilər İsrail demokratiyası üçün böyük önəm kəsb edir. Çərşənbə axşamı keçiriləcək seçkilərdə Netanyahu qalib gələrsə, İsrail demokratiyası təhlükə altında qalar".

Mitinqə qatılan nümayişçilər isə üzərində Netanyahuya "Cinayətkar nazir", "Yalançı", "Korrupsioner baş nazir" kimi sözlər yazılan plakatlarla etiraz ediblər.

Xatırladaq ki, apreldə İsraildə parlament seçkiləri keçirilsə də, koalisiya hökuməti vaxtında qurulmadığı üçün 17 sentyabrda seçkilərin yenidən keçiriləcəyi elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...