İmamoğlundan Ərdoğana “qırıq stul” cavabı - "Sənin də kreslon laxlayır...” | Eurasia Diary - ednews.net

20 Oktyabr,


İmamoğlundan Ərdoğana “qırıq stul” cavabı - "Sənin də kreslon laxlayır...”

Dünya A- A A+

İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə oturduğu stulun qırılmasından danışıb.

Eurasia Diary xəbər verir ki, o bu barədə Türkiyənin mərhum prezidenti İsmət İnönünün ailəsinin onun üçün verdiyi ziyafətdə danışıb.

CHP millət vəkillərinin və bir sıra şəhərlərin bələdiyyə sədrlərinin qatıldığı ziyafətdən söz açan Əkrəm İmamoğlu deyib:

“Demokratiya, hüquq və vicdanı yanından ayırmayan hakimiyyət iqtidarda olmalıdır. Mənim haqda “stulu yellənir” dedilər, sənin də kreslon laxlayır”.

Əlavə edək ki, Ərdoğanın Türkiyənin iri şəhərlərinin bələdiyyə sədrləri ilə görüşündə İmamoğlunun oturduğu stulun bir ayağının qırılaraq, yıxılması gündəm olmuşdu.(teleqraf.com) 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...