Ağ Evin yaxınlığında silahlı insident olub - ölən və yaralananlar var | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


Ağ Evin yaxınlığında silahlı insident olub - ölən və yaralananlar var

Dünya A- A A+

ABŞ paytaxtının şimal-şərqində naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Eurasia Diary xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Məlumata görə, Ağ Evdən üç kilometr aralıda olan hadisə yerinə polis qüvvələri cəlb olunub.

Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları “Fox News”a bildiriblər ki, yerli vaxtla 22:30-da baş vermiş atışma nəticəsində bir neçə nəfər yaralanıb, lakin bir nəfərin öldüyü barədə məlumatlar təsdiqlənməyib.

“NBC”-nin məlumatına görə, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...