Gürcüstan parlamentinin yaxınlığında etiraz aksiyası keçirilir | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Gürcüstan parlamentinin yaxınlığında etiraz aksiyası keçirilir

Dünya A- A A+

Tbilisidə Gürcüstan parlamentinin binasının giriş qapılarının qarşısında etiraz aksiyası keçirilir.

Eurasia Diary-nin məlumatına görə, aksiyada “Ayıbdır” hərəkatının üzvləri və müxalif Avropalı Gürcüstan Partiyasının deputatı Elene Xoştaria iştirak edir.

Aksiyaçılar “işğal xətti” boyunda yaranmış vəziyyətə etirazlarını ifadə edirlər. Onlar “işğal xətti”ndə yerləşən kəndlərdəki vəziyyəti əks etdirən fotoşəkilləri nümayiş etdirirlər.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bu gün parlamentdə “nazir saatı” formatında çıxış edəcək. Etirazçılar “işğal xətti”ndəki hazırkı durumu dövlət nazirinin diqqətinə çatdırmaq istəyirlər.

Bu gün saat 19:00-a parlamentin binası qarşısında genişmiqyaslı aksiya təyin olunub. Aksiya iyunun 20-21-də Tbilisidə baş vermiş hadisələrdən üç ay ötməsi ilə bağlı təşkil olunacaq. Bununla bağlı qanunverici orqanın yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib. (Report)

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...