İranlı zəvvarlar İraqda yol qəzasına düşüb - 8 zəvvar ölüb, 30-u xəsarət alıb | Eurasia Diary - ednews.net

14 Oktyabr, Bazar ertəsi


İranlı zəvvarlar İraqda yol qəzasına düşüb - 8 zəvvar ölüb, 30-u xəsarət alıb

Dünya A- A A+

İranlı zəvvarları daşıyan avtobus İraq ərazisində qəzaya düşüb. Eurasia Diary-nin İRİB-ə istinadən verdiyi məlumata görə, içərisində zəvvarlar olan avtobus digər avtobusla toqquşub.

Nəticədə 8 iranlı zəvvar ölüb, 30-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.  

İranlı zəvvarlar İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə Kərbəla şəhərinə gedirmişlər.

Hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə ziyarətə gedir.

Bu il Ərbəin oktyabrın 19-na təsadüf edir.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...