Türk Silahlı Qüvvələri (TSK) və Suriya Milli Ordusunun həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı çərçivəsində əsir götürülən terrorçuların ilk görüntüləri yayımlanıb.
Eurasia Diary-nin məlumatına görə, Türk mediası xəbər verir ki, əməliyyat çərçivəsində Resulayn ətrafında daha 3 terrorçu ələ keçirilib. Bununla da ələ keçirilən əsir terrorçuların sayı 11-ə çatıb.
Xatırladaq ki, hazırda Suriya Milli Ordusu ön cəbhədə terrorçularla müharibəni davam etdirir. Ən son xəbərlərə görə, əməliyyat başlayandan bu günə qədər Suriya Milli Ordusu 4 şəhid verib. (teleqraf.com)