Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəldi | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəldi

Dünya A- A A+

Kanadanın baş naziri Castin Trüdonun rəhbəri olduğu Liberal partiya ölkədə keçirilən parlament seçkilərində qalib gəlib.

Eurasia Diary "trend"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Milli Seçki Komissiyasından bildiriblər.

Məlumata əsasən, liberallar seçicilərin 33,6 faiz səsini toplayaraq 338 dairədən 158-də qalib gəliblər. Kanadanın Konservativ partiyası 119 dairədə qalib gələ bilib (34,1 faiz). Üçüncü yerdə 33 dairədə (8.7 faiz) qalib gələrək "Kvebek bloku" qərarlaşıb.

Qeyd edək ki, Kanadada ümumilikdə 338 seçiki dairəsi mövcuddur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...