Kaliforniyada güclü küləklər səbəbindən ştat qubernatoru Qavin Nyusom fövqəladə vəziyyət elan edib.
Eurasia Diary “voiceamerica”ya istinadla bildirir ki, təbiət hadisəsi minlərlə sakin elekstriksiz qoyub.
Sürətlə hərəkət edən isti və sərt külək yanğınlarla müşahidə edilir. Ştatın şimalında meşə yanğınlarının daha da artıracağı ehtimal edilir. Hazırda Sonoma regionunda 9,591 hektarlıq əraziyə yayılan yanğın 50-dən çox struktura ziyan vurub. Geysersvil adlı kiçik icma evakuasiya olunub.
Küləyin bazar ertəsinədək davam edəəcyi gözlənilir.
Qeyd edək ki, yanğının söndürülməsinə 1300-ə yaxın yanğınsöndürən cəlb edilsə də, alovun yalnız beş faizinin qarşısı alınıb. (apa)