“Şişirtməyin, öz yaratdığınızı öldürdünüz”.
Eurasia Diary xəbər verir ki, bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilarının lideri Əbubəkr əl-Bağdadinin ölümünü elan etməsinə reaksiya olaraq deyib.
Nazir tvitterində bunları yazıb: “Çox da şişirtməyin, öz yaratdığınızı öldürdünüz”.
İran hökumətinin mətbuat katibi Əli Rəbiyi isə tvitter hesabından məsələyə münasibət bildirərkən qeyd edib ki, təşkilat hələ də böyüməyə davam edir. Bağdadinin öldürülməsi İŞİD-in sonunu gətirməyəcək.
Qeyd edək ki, Ağ Evdə açıqlama verən Donald Tramp əməliyyatlardan sonra Bağdadinin ölü ələ keçirildiyini bütün dünyaya elan edib. O, Bağdadinin kamikadze jiletini partladaraq 3 övladı ilə birlikdə öldüyünü açıqlayıb: “Bir it kimi, qorxaq kimi öldü. Artıq dünya daha təhlükəsiz bir yerdir. Təxminən bir neçə həftədir izləyirdik. Sonunda orada olduğunu öyrəndik. Bölgəyə 8 helikopterlə endik. Bir çox döyüşçü də qurudan hərəkət etdi. Pusqu qurduqları üçün tunelləri partladaraq irəlilədik”.(publika.az)