Yerevan zooparkında heyvanların sayı kəskin azalmaqda davam edir.
Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, zooparkın heyvanlarına sahibsiz küçə itləri hücum edib.
“Noyabrın 1-i saat 6:00-da itlər hücum edərək 3 dağ keçisini parçalayıb. İtləri tutmaq mümkün olmayıb. Çox güman ki, bu ötən gün 3 kenquruya hücum edən sahibsiz itlərdir”- deyə Yerevan zooparkından açıqlama verilib.
İtlərin insanlara da hücum etməsi istisna olunmur. (modern.az)