Türkiyə Bağdadinin bacısının həbs olunduğunu təsdiqlədi | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Türkiyə Bağdadinin bacısının həbs olunduğunu təsdiqlədi

Dünya A- A A+

“Türkiyənin ideologiyasından və mənşəyindən asılı olmayaraq, terrorla mübarizəsi sürətlə davam edir”. Eurasia Diary xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib. Onun sözlərinə görə, Əl-Bağdadinin bacısının həbsi antiterror əməliyyatlarının uğurunun daha bir nümunəsidir. 

“Xalqımızı qorxutmaq və regionumuzda sabitliyi pozmaq istəyənlərə ədalət gətirmək əzmimiz şübhə altına alına bilməz. İŞİD-ə qarşı qətiyyətimizi şübhə altına almaq üçün Türkiyəyə qarşı təbliğat kampaniyası aparılıb. Terrorizmin bütün formalarına qarşı mübarizədə lider olmuşuq. Həmfikir tərəfdaşlarla güclü antiterror əməkdaşlığımız heç vaxt şübhə altına alına bilməz”. (Azvision.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...