Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu noyabrın 5-də Rusiya parlamentinin MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
Kalaşnikovun sözlərinə görə, Ermənistan və Rusiya rəhbərləri arasında əvvəlki kimi mehriban istilik yoxdur.
“Bu və ya digər insanlar səviyyəsində problemlər var. Bunlar hakimiyyətdə olub, indi yoxdur. Biznesdə problemlər olub, Rusiyadakı erməni diasporunda problemlər var”, - deyə o qeyd edib.(Ordu.az)