Özünü İslam Dövləti (İŞİD) adlandıran terrorçu hərbi qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin bacısından sonra arvadı da yaxalanıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
"Amerika, Bağdadi özünə sui-qəsd elədi. İlk dəfə bu gün burada açıqlayıram. Biz də Bağdadinin xanımını yaxaladıq, amma bəyan etmədik. Eyni zamanda bacısını, yeznəsini də Suriya tərəfdə yaxaladıq".
Qeyd edək ki, İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadi ötən ay ABŞ hərbi qüvvələri tərəfinfən məhv edilib.(Modern.az)