Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan və Qazaxıstan Parlamenti Senatının sədri Dariqa Nazarbayeva birlikdə Milli Məclisin parkında bir küknar ağacı əkiblər. Armenpress-in məlumatına görə, noyabrın 14-də parlamentlərin spikerləri geniş tərkibdə ikitərəfli görüşdən sonra birgə ağac əkiblər.
Simvolik bir küknar əkən Dariqa Nazarbayeva hər il Ermənistanı ziyarət etməyə və əkdiyi ağaca baxmağa çalışacağını söyləyib.
Noyabrın 14-də keçirilən görüş zamanı Ermənistan Respublikası Milli Məclisinin Sədri Ararat Mirzoyan və Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Dariqa Nazarbayeva iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayıblar.(moderator.az)
