"İran dəmir yolu və enerji layihələrini həyata keçirmək üçün Rusiyadan 5 milyard ABŞ dolları borc alacaq".
Eurasia Diary report-a istinadən xəbər verir ki, bunu İranın Energetika naziri Reza Erdakaniyan deyib.
Onun sözlərinə görə, sabah bu məsələ ilə əlaqədar Moskvaya səfər edəcək və Rusiyadan olan həmkarı Aleksandr Novak ilə görüşəcək.
"Həmin vəsait Hürmüzqan əyalətindəki 1 400 meqavatlıq elektrik stansiyasının inşası və dəmir yolu xətlərinin bərpası üçün istifadə ediləcək", - nazir qeyd edib.