Ermənistanın eks-prezidenti Serj Sarkisyana qarşı cinayət işi açılıb.
Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, o dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinir.
“İbtidai istintaq zamanı əldə olunan məlumatlara əsasən, Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndi ilə (mənimsəmə) cinayət işi açılıb”-deyə xəbərdə deyilir.
Ermənistan Xüsusi İstintaq Xidməti 2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər Sarkisyanın bir qrup şəxslə əlbir olaraq 489 milyon dram (1 milyon dollar) mənimsədiyi üzə çıxıb. Prokurorluq Serj Sarkisyanın ölkə ərazisini tərk etməsinə qadağa qoyub.(modern.az)