Ukraynanın sabiq prezidenti Petro Poroşenko və xanımı iştirak etdikləri aksiya zamanı yumurta hücumuna məruz qalıb.
Eurasia Diary UNİAN-a istinadən xəbər verir ki, sabiq prezidentə himn oxuyub qurtardıqdan sonra yumurta atıblar.
Atılan yumurtalardan biri onun xanımına dəyib. Digər yumurta isə "Avropa həmrəyliyi" partiyasından olan deputatın müdaxiləsi ilə Poroşenkodan yan keçib.
Sabiq prezident olaydan sonra aksiya iştirakçılarına müraciət edərək yumurta atan şəxsi tapmağı istəyib.