Bu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək | Eurasia Diary - ednews.net

28 Yanvar, Çərşənbə axşamı


Bu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək

Dünya A- A A+

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) hökumət başçılarının sammiti keçiriləcək.

Eurasia Diary xəbər verir ki, görüşün əsas mövzusu ticarət və nəqliyyata yardım üzrə GUAM-ın əsas layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığı olacaq.

Sammitdə Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.

Görüşün yekununda protokol sənədlərinin imzalanması gözlənilir.

Xatırladaq ki, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın yaradılması haqqında bəyannamə və onun Nizamnaməsi 2005-ci ildə imzalanıb.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...