Ermənistanın ilk prezidenti Levon Ter Petrosyan baş nazir Nikol Paşinyandan inciyib.
Eurasia Diary Ermənistanın “İravunk” qəzetinə istinadən xəbər verir ki, buna səbəb Paşinyanın onu 75 illik yubileyi münasibətilə təbrik etməməsi olub.
“Birinci prezident öz əhatəsində, Paşinyanın hətta tualetə getməsi ilə bağlı şərh yazdığını amma onu təbrik etməyə vaxt tapmamasından gileylənib”-deyə “İravunk” yazır.
Ad günü yanvarın 9-na təsadüf edən Levon Ter Petrosyan baş nazirdən rəsmi təbrik almasa da prezident Armen Sarkisyan onu təbrik edib.
Levon Ter Petrosyan 1945-ci il yanvarın 9-da Suriyanın Hələb şəhərində anadan olub.(modern.az)