İspaniyalı bankir Pikassonun rəsmini ölkədən çıxararkən tutuldu | Eurasia Diary - ednews.net

22 Sentyabr, Çərşənbə axşamı


İspaniyalı bankir Pikassonun rəsmini ölkədən çıxararkən tutuldu

Dünya A- A A+

Madrid məhkəməsi 83 yaşlı bankir Xayme Botini Pablo Pikassonun “Gənc qadının başını” rəsm əsərini İspaniyadan çıxarmaq istədiyi üçün 52.4 milyon avro cərimə və 18 ay həbs cəzasına məhkum edib.

Eurasia Diary-nin məlumatına görə, iki ilə qədər həbs cəzası İspaniyada qayda olaraq şərti kəsilir. Qərarda deyilir ki, bankir cərimə ödəməsə, iki ay həbs cəzası alacaq. Rəsm dövlət mülkiyyəti kimi tanınıb. Vəkillər qərardan şikayət etmək niyyətindədirlər.

Prokurorluq Botinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və 100 milyon avro cərimə ödəməsini tələb edir.

Rəsm əsəri Botinin şəxsi mülkü olsa da, İspaniyanın milli tarixi irsi siyahısına daxil edilib və dəyəri 26,2 milyon avrodur. Botin onu hərracda satmaq niyyətində idi. Ancaq "Christie's House" (Hərrac evi), İspaniya Mədəniyyət Nazirliyindən satışa icazə verən sənədləri istəyib. Mədəniyyət Nazirliyi icazə verməkdən imtina edib və rəsmin ölkə xaricinə ixraca müvəqqəti qadağa tətbiq edib. Buna baxmayaraq, Botin əsəri şəxsi yaxtasında Fransız Korsikasına gətirib və fransız gömrükçüləri tərəfindən saxlanılıb. (trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...