Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan son hakimiyyət dəyişikliyindən, Nikol Paşinyanın baş nazir kürsüsünə gəlməsindən sonra ölkədə bir neçə dövlət çevrilişi cəhdinin olduğunu bildirib.
Eurasia Diary erməni KİV-nə istinadən xəbər verir ki, o, bu gün jurnalistlərə verdiyi müsahibədə çevriliş cəhdinin olduğunu təsdiqləyib: “Onu deyə bilərəm ki, dövlət çevrilişinə cəhdinin qarşısı alınıb. İndi bu barədə danışmağa dəyməz, o deyib.
“İnterfax” verir ki, konkret adlar çəkməyən TŞ katibi həmin hərəkətlərin hüquqi nəticələrinə aydınlıq gətirməyib.
O deyib: “İndi müxtəlif insanların fikirlərini, rəylərini hüquqi nəticəyə bağlamaq çətindir. Onların hərəkətlərini məqsədləri ilə bağlamaq müşkül məsələdir”.
Buna baxmayaraq, Ermənistan Təhlükəsizlik Xidmətindən dövlət çevrilişi cəhdi ilə bağlı hər hansı məlumat almadıqlarını bildiriblər.