Vladislav Surkov istefa verib | Eurasia Diary - ednews.net

26 Fevral, Çərşənbə


Vladislav Surkov istefa verib

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa verib.

Eurasia Diary interfaks-a istinadən  xəbər verir ki, bu barədə Siyasi Konyunktura Mərkəzinin direktoru Aleksey Çesnakov məlumat verib.

Çesnakov qeyd edib ki, bu qərar Ukrayna istiqamətində gedişatın dəyişməsi ilə əlaqədar verilib. Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir ay ərzində məlumat verəcəyinə söz verib.

“Növbəti ay ərzində meditasiya ilə məşğul olacaq”, - deyə Çesnakov öz Telegram kanalında bildirib.

Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət edib. Bundan əlavə, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də prezidentin köməkçisi olub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...