Suriya ordusu Rusiya və İranın dəstəyi ilə Hələb şəhərini tamamilə ələ keçirib.
Eurasia Diary xəbər verir ki, şiddətli hücumlara tab gətirə bilməyən müxalifət qüvvələri geri çəkilərək, İdlibdə mövqe tutub. Bununla da, hökumət qüvvələri 8 ildən sonra Hələbə nəzarəti tamamilə bərpa edib.
Qeyd edək ki, müxalifət qüvvələrinə Türkiyə ordusu fəal dəstək verir. (publika.az)