Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb

Dünya A- A A+

Pakistanın cənubunda Karaçi limanında zəhərli naməlum qazın havaya sızması nəticəsində ölənlərin sayı artıb.

Eurasia Diary-nin “Geo TV”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində zəhərlənərək ölənlərin sayı 9-a çatıb.

Naməlum qazdan zəhərlənənlərin sayı isə 500 nəfərə yüksəlib.

Yerli hakimiyyət orqanları sakinlərin liman ərazisindən təxliyəsi üçün hazırlıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl Karaçi limanında naməlum zəhərli qazın sızması nəticəsində azı 5 nəfərin öldüyü bildirilib, 70 nəfər isə zəhərlənib.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...