Rusiyanın Maqadan şəhərindəki Hava limanından havaya qalxan “AN-12” təyyarəsi 10 metr hündürlükdən yerə çırpılıb.
Eurasia Diary-nin “REN TV”yə istinadən məlumatına görə, hava gəmisində 12 sərnişin və 2 ekipaj üzvü olub.
Təyyarədə olan 14 nəfər xəstəxanaya çatdırılıb. Xəsarət alan 7 nəfər mualicə olunacaq, digər 7 nəfər isə İlkin müayinədən sonra evə buraxılacaq.