Avstraliyada qatar qəzaya uğradı - ÖLƏN VAR | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


Avstraliyada qatar qəzaya uğradı - ÖLƏN VAR

Dünya A- A A+

Avstraliyanın Viktoriya ştatında qatar qəzaya uğrayıb. 

Eurasia Diary  yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Melburndan 45 kilometr şimalda yerləşən Vallan şəhəri yaxınlığında qeydə alınıb.

Belə ki, Sidneydən Melburna gedən ekspress qatarı relsdən çıxıb. Nəticədə dizel lokomotivi və 5 vaqon aşıb. Qəzada iki nəfər ölüb. Onlardan birinin maşinist olduğu bildirilir. Dörd nəfər nisbətən ciddi xəsarət alan xəstəxanaya, bir nəfər isə hava yolu ilə Melburna çatdırılıb.

Avstraliya Yanğın İdarəsi (CFA) nümayəndələri qatarda olan 160-dək sərnişinin yüngül xəsarətlə bayıra çıxarıldıqlarını bildiriblər. Qəza nəticəsində dəmir yolu da zədələnib. Hadisə yerinə tibb xidmətinin üç helikopteri cəlb olunub.

Hadisənin səbəbləri hələlik məlum deyil. Ancaq daha əvvəl yaxınlıqda relslərdə zədələnmə olduğundan hərəkətin bir saat yubadıldığı qeyd olunur.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...