Çinin Uhan şəhərindən koronavirus səbəbindən təxliyyə olunan ukraynalıları daşıyan təyyarə yerli sakinlərin etirazı səbəbindən ölkənin üç Hava limanına enə bilməyib.
Eurasia Diary xəbər verir ki, təyyarə Xarkov əyaləti üzərində 35 dövrə vursa da eniş edə bilməyib. Hava gəmisi sonradan “Borispol” hava limanına yollanıb.
Qeyd edək ki, göyərtəsində 45 ukraynalı və 27 əcnəbi vətəndaşın olduğu təyyarə dünən axşam Uhandan çıxıb.
İnsanların etirazı ilə əlaqədar Ukrayna Səhiyyə Nazirliyi onların aparıldığı şəhərin adını gizli saxlayıb.