İranda koronavirus sürətlə yayılır | Eurasia Diary - ednews.net

6 Aprel, Bazar ertəsi


İranda koronavirus sürətlə yayılır

Dünya A- A A+

İranın Qum və Mərkəzi vilayətlərində yeni koronavirusa görə məktəb və universitetlərin fəaliyyəti dayandırılıb.

Eurasia Diary  xəbər verir ki, İranın Mərkəzi vilayətində məktəb və universitetlərin fəaliyyəti bir həftəliyə, Qum vilayətində isə 2 günlüyə dayandırılıb.

Bundan əlavə Tehran şəhərində soyuqdəyməsi və ya qripi olan şəxslərin idman zallarındakı hovuzlara buraxılması qadağan olunub.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 28 nəfərin yeni koronavirusa yoluxduğunu və 5 nəfərin dünyasını dəyişdiyini təsdiqləyib. (metbuat.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...